Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, Sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, Çünki oradan götürülmüsən, Ona görə ki yerin torpağısan, Torpağa da qayıdacaqsan». Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı». Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur. Qadından doğulan insanın ömrü azdır, Həyatı sıxıntı ilə doludur. Sən Rahavı əzib leşini çıxartdın, Qüvvətli qolunla düşmənləri dağıtdın. İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var? Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
Выбор основного перевода