Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi? Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar? Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə, Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə. Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım? Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır. Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır. Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir? Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar, Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər. Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir? Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür. Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir. Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır». Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Doğulduğum gün lənətə gəlsin! Anamın məni doğduğu günə Bir daş düşsün! Atamı çox sevindirərək «Bir oğlan uşağın oldu!» Deyə müjdə verən adam Lənətə gəlsin. Qoy o adam Rəbbin Yazığı gəlməyib dağıtdığı Şəhərlər kimi olsun! Səhər fəryad, Günorta nalə eşitsin. Çünki bətndə ikən məni öldürmədi. Onda anamın qarnı qəbrim olardı, Bətni daim hamilə qalardı. Nə üçün ana bətnindən çıxdım? Əzab-əziyyət görmək, Ömrümü rüsvayçılıqla keçirmək üçünmü?
Выбор основного перевода