Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək. Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq. Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq. Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
Екклесиаст
1 2 3 4 5 6 7 8 9 10 11 12
Выбор основного перевода