Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Bu qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin. Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə, Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi. Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. Get çörəyini şadlıqla ye, Şərabını şən ürəklə iç. Çünki artıq Allah Etdiyin işlərdən razıdır. Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır. Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək. Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
Выбор основного перевода