Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək, Xariqəli işlərini dərindən düşünəcəyəm. İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq, Sənin əzəmətini elan edəcəyəm. «Ey keruvlar üstündə əyləşən Ordular Rəbbi olan İsrailin Allahı! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. «Ey Pərvərdigar, indi Sənin sözünə görə Mən – Sənin qulun arxayın ölə bilərəm. Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
Выбор основного перевода