Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin. Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?” Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də. Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»
Выбор основного перевода