Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Nəziri olduğu bütün müddətdə başına ülgüc dəyməsin, saçını uzatsın; özünü Rəbbə həsr etdiyi müddət qurtarana qədər müqəddəs olsun. Nəziriyə aid olan qanun budur: özünü həsr etdiyi müddət qurtaranda nəziri Hüzur çadırının girişinə gətirilsin. Orada Rəbbə bu təqdimləri gətirsin: yandırma qurbanı olaraq birillik qüsursuz bir erkək toğlu, günah qurbanı olan birillik qüsursuz bir dişi toğlu, ünsiyyət qurbanı olan qüsursuz bir qoç, bir səbət mayasız çörək, narın undan zeytun yağı ilə yoğrulmuş mayasız kökələrdən və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallardan ibarət olan taxıl təqdimləri və içmə təqdimləri. Kahin Rəbbin önündə onları təqdim etsin; günah qurbanını və yandırma qurbanını gətirsin. Mayasız çörək səbəti ilə birgə qoçu Rəbbə ünsiyyət qurbanı kimi gətirsin; kahin onun taxıl təqdimi ilə içmə təqdimini də gətirsin. Nəziri Hüzur çadırının girişində öz həsr etdiyi saçını qırxsın, sonra saçını götürüb ünsiyyət qurbanının altındakı oda qoysun. Özünü həsr etdiyinə görə Rəbbə təqdimini və buna əlavə olaraq verə biləcəyi başqa şeyləri əhd edən nəziri ilə əlaqədar qanun budur. Nəzirilik qanuna görə nəziri nə əhd etmişsə, onu icra etməlidir”». Paul Korinfdə olan imanlı bacı-qardaşların yanında xeyli gün qaldı və sonra onlarla vidalaşıb Priskila və Akila ilə birgə Suriyaya getmək üçün yelkən açdı. O, Kenxreya limanında saçını qırxdırmışdı, çünki bir əhd etmişdi. Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi. Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi.
Выбор основного перевода