Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Nökər ağasından on dəvə və ən yaxşı hədiyyələr götürüb getdi və Aram-Naharayimə, Naxor şəhərinə gəldi. Gümüşə qiymət verməyən, Qızılı sevməyən Midiyalıları Onlara qarşı qaldıracağam. Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam. Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam! Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın. Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik.
Выбор основного перевода