Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur. Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır. Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz. Bu xəbərdarlıq İsrail barədə nazil olan Rəbbin sözüdür: göyləri yayan, yerin təməlini qoyan, insanın içindəki ruha şəkil verən Rəbb belə bəyan edir:
Выбор основного перевода