Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Деяния
Параллельные места
Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon, Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya, Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. Peter adını verdiyi Şimon, onun qardaşı Andrey, Yaqub, Yəhya, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Millətçi adlanan Şimon, Yaqub oğlu Yəhuda və sonralar xəyanətkar olan Yəhuda İskaryot. İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar. Onlar daim Allaha alqış edərək məbəddə olurdular.
Выбор основного перевода