Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi. Sənin gördüyün böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən, Sənin xalqın və müqəddəs şəhərin üçün yetmiş dəfə yeddiillik dövr təyin olunub ki, qanunsuzluq bitsin, günah sona çatdırılsın, təqsirlər üçün kəffarə verilsin, əbədi ədalət gətirilsin, görüntü və peyğəmbərlik möhürlənsin, Ən Müqəddəs yer məsh edilsin. Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq. Altmış iki yeddiillik dövrdən sonra məsh olunan həlak olacaq, amma bu özü üçün olmayacaq. Gələcək hökmdarın xalqı şəhəri və Müqəddəs yeri viran edəcək. Onun sonu daşqın kimi olacaq. Müharibə sona qədər davam edəcək. Viranəliklər olacağına qərar verilib. Həmin hökmdar yeddiillik bir dövr ərzində çoxları ilə əhd bağlayacaq. Bu yeddiillik dövrün ortasında qurbanla təqdimi dayandıracaq, məbədin qülləsində viranəlik gətirən iyrənc şey qoyacaq və viranəlik gətirən şey onun təyin edilmiş aqibətinə qədər orada qalacaq». Onun göndərdiyi qoşunlar qalxıb qalanı – Müqəddəs məkanı murdarlayacaq, daimi yandırma qurbanını dayandıracaq və viranəlik gətirən iyrənc şeyi orada qoyacaqlar. Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: «Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?» Mən bunu eşitdim, ancaq başa düşməyib soruşdum: «Ey ağam, bəs bunların nəticəsi necə olacaq?»
Выбор основного перевода