Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Birinci ayın iyirmi dördüncü günü mən böyük Dəclə çayının kənarında idim. Başımı qaldırıb gördüm ki, qarşımda kətan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var. Onun bədəni sarı yaqut kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər tək, qolları və ayaqları cilalanmış tunc kimi işıldayırdı, danışıq səsi kütlənin gurultusu kimi idi. Yalnız mən Daniel bu görüntünü gördüm, mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm. Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb
1 2 3 4 5 6 7 8 9 10 11 12
Выбор основного перевода