Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12
Параллельные места
Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». Serafların səsindən qapı çərçivələri ilə kandarları sarsıldı, məbəd tüstü ilə doldu. Mən dedim: «Vay halıma, həlak oldum! Çünki ağzı murdar bir adamam, Həm də murdar ağızlı adamlar arasında yaşayıram. Buna baxmayaraq, qarşımda Padşahı – Ordular Rəbbini gözlərimlə gördüm». Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm.
Выбор основного перевода