Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır. Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur; Şimeondan: Surişadday oğlu Şelumiel; Yəhudadan: Amminadav oğlu Naxşon; İssakardan: Suar oğlu Netanel; Zevulundan: Xelon oğlu Eliav; Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel; Binyamindən: Gidoni oğlu Avidan; Dandan: Ammişadday oğlu Axiezer; Aşerdən: Okran oğlu Pagiel; Qaddan: Deuel oğlu Elyasaf; Naftalidən: Enan oğlu Axira». Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər.
Выбор основного перевода