Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Müqəddəs məskəni on pərdədən düzəlt. Pərdələri nəfis toxunmuş incə kətandan, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəlt. Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac olsun. Qoy bütün pərdələr bir ölçüdə olsun. Pərdələrdən beşi bir-birinə birləşdirilsin, digər beşi də bir-birinə birləşdirilsin. Bir birləşmənin ucunda olan pərdənin kənarında bənövşəyi ilgəklər düzəlt, o biri birləşmənin ucunda olan pərdənin kənarında da eyni şəkildə ilgəklər düzəlt. Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında onlara uyğun gələn əlli ilgək düzəlt. Qızıldan əlli bənd düzəlt. Bəndlərlə pərdələri bərkit və çadırı birləşdir ki, məskən bütöv olsun. Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəlt. Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac olsun. On bir pərdə bir ölçüdə olsun. Beş pərdəni ayrıca və altı pərdəni ayrıca birləşdir. Altıncı pərdəni isə çadırın qabaq tərəfindən qatla. Bir birləşmənin qıraq pərdəsinin kənarında əlli ilgək, o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəlt. Tuncdan əlli bənd düzəlt; bəndləri ilgəklərə tax və çadırı birləşdir ki, o bütöv olsun. Çadırın pərdələrindən artıq qalan pərdənin yarısını məskənin arxa tərəfindən salla. Çadırın pərdələrinin uzunluğunun hər iki ucunda artıq qalan bir qulac parça məskəni örtmək üçün onun hər iki tərəfindən sallansın. Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəlt. Hüzur çadırının girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, naxış tikməsi ilə düzəlt. Hüzur çadırında Gerşon övladları Müqəddəs məskənə, çadır örtüklərinə, Hüzur çadırının girişində olan arakəsməyə, həyətin pərdələrinə, məskənlə qurbangahın ətrafındakı həyətin darvazasının arakəsməsi ilə iplərinə və bunlarla əlaqədar olan bütün xidmətə cavabdehdirlər.
Выбор основного перевода