Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim. Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi. Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır. Gileadı Makirə verdim. Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi. Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı. İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər. Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı, şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi. Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi. O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi. Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi. İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var. Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı. İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.
Выбор основного перевода