Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?» Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi. Amma Musa ilə kahin Harunun Sina səhrasında saydığı İsrail övladlarından heç kim bu siyahıda olmadı. Ona görə ki Rəbb o vaxt siyahıya alınan İsrail övladlarının səhrada öləcəyini qətiyyətlə söyləmişdi. Onlardan Yefunne oğlu Kalevlə Nun oğlu Yeşuadan başqa kimsə sağ qalmamışdı.
Выбор основного перевода