Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«İsrail övladları Hüzur çadırını əhatə edərək bir az kənarda, hər biri öz bayrağının altında ailələrinin nişanı ilə düşərgə salsınlar. Şərq tərəfində, gündoğana tərəf Yəhuda ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salsınlar. Yəhudalıların rəhbəri Amminadav oğlu Naxşon olsun. Yəhuda ordusunda 74 600 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar İssakar qəbiləsi olacaq. İssakarlıların rəhbəri Suar oğlu Netanel olsun. Onun ordusundan 54 400 nəfər siyahıya alındı. Sonra Zevulun qəbiləsi düşərgə salacaq. Zevulun övladlarının rəhbəri Xelon oğlu Eliav olsun. Onun ordusundan 57 400 nəfər siyahıya alındı. Yəhuda ordugahından bölüklərinə görə bütün sayılanlar 186 400 nəfər idi. Onlar birinci köçəcəklər. Cənub tərəfində Ruven ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Ruvenlilərin rəhbəri Şedeur oğlu Elisur olsun. Ruven ordusundan 46 500 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Şimeon qəbiləsi olacaq. Şimeonluların rəhbəri Surişadday oğlu Şelumiel olsun. Onun ordusundan 59 300 nəfər siyahıya alındı. Sonra Qad qəbiləsi düşərgə salacaq. Qadlıların rəhbəri Deuel oğlu Elyasaf olsun. Onun ordusundan 45 650 nəfər siyahıya alındı. Ruven ordugahından bölüklərinə görə sayılanların cəmi 151 450 nəfər idi. İkinci onlar gedəcəklər. Hüzur çadırı yola düşəndə Levililərin düşərgəsi düşərgələrin ortasında dursun. Hərə necə düşərgə salıbsa, həmin nizamla, öz bayrağı altında yola düşsün. Qərb tərəfində Efrayim ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Efrayimlilərin rəhbəri Ammihud oğlu Elişama olsun. Efrayim ordusundan 40 500 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Menaşşe qəbiləsi olacaq. Menaşşelilərin rəhbəri Pedahsur oğlu Qamliel olsun. Onun ordusundan 32 200 nəfər siyahıya alındı. Sonra Binyamin qəbiləsi düşərgə salacaq. Binyaminlilərin rəhbəri Gidoni oğlu Avidan olsun. Onun ordusundan 35 400 nəfər siyahıya alındı. Efrayim ordugahından bölüklərinə görə sayılanların cəmi 108 100 nəfər idi. Üçüncü onlar gedəcəklər. Şimal tərəfində Dan ordugahına aid bölüklər öz bayraqlarının altında düşərgə salacaqlar. Danlıların rəhbəri Ammişadday oğlu Axiezer olsun. Dan ordusundan 62 700 nəfər siyahıya alındı. Onun yanında düşərgə salanlar Aşer qəbiləsi olacaq. Aşerlilərin rəhbəri Okran oğlu Pagiel olsun. Onun ordusundan 41 500 nəfər siyahıya alındı. Sonra Naftali qəbiləsi düşərgə salacaq. Naftalililərin rəhbəri Enan oğlu Axira olsun. Onun ordusundan 53 400 nəfər siyahıya alındı. Dan ordugahından cəmi 157 600 nəfər siyahıya alındı. Öz bayraqlarının altında ən sonuncu onlar gedəcəklər». Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər. Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər. Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı. Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar. Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi. Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu.
Выбор основного перевода