Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam. Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm. Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum. Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et. Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram. Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, Təqsirlərinin əvəzinin verilməsini, Bütün günahlarına görə Rəbbin əlindən İkiqat cəza aldıqlarını onlara bəyan edin». O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir.
Выбор основного перевода