Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua; Şimeon qəbiləsindən Xori oğlu Şafat; Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev; İssakar qəbiləsindən Yusif oğlu İqal; Efrayim qəbiləsindən Nun oğlu Huşə; Binyamin qəbiləsindən Rafu oğlu Palti; Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel; Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi; Dan qəbiləsindən Gemalli oğlu Ammiel; Aşer qəbiləsindən Mikael oğlu Setur; Naftali qəbiləsindən Vofsi oğlu Naxbi; Qad qəbiləsindən Maki oğlu Geuel. Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi. Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur. Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi.
Выбор основного перевода