Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz». Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?» Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. Ata-babalarımızsa Musanın sözünə baxmaq istəmədi, onu rədd etdi və Misirə qayıtmağı arzuladılar.
Выбор основного перевода