Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Bütün İsrail övladlarının icmasını, ailələrinə görə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan İsrail övladlarını sayın». Musa ilə kahin Eleazar İordan çayı yanında, Yerixo qarşısında Moav düzənliyində onlarla danışıb dedi: «Rəbbin Musaya əmr etdiyi kimi iyirmi və ondan yuxarı yaşda olanları siyahıya alın!» Misir torpağından çıxan İsrail övladları bunlardır: İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli; Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli. Ruvenlilərin nəsilləri bunlardır, sayları 43 730 nəfər idi. Palunun oğlu Eliav, Eliavın oğulları Nemuel, Datan və Aviram idi. Bunlar o Datanla Aviramdır ki, icma tərəfindən seçildi və Rəbbə üsyan edən Qorahın tərəfdarlarına qoşulub Musa ilə Haruna zidd getdilər. Qorahla 250 yoldaşını od yandırıb yox edəndə yer yarıqları onları uddu. Qorahla birlikdə ölənlər başqalarına da bir ibrət oldu. Qorahın nəsli isə ölmədi. Nəsillərinə görə Şimeonlular bunlardır: Nemuel soyundan Nemuel nəsli; Yamin soyundan Yamin nəsli; Yakin soyundan Yakin nəsli; Zerah soyundan Zerah nəsli; Şaul soyundan Şaul nəsli; Şimeon nəsilləri bunlardır, sayları 22 200 nəfərdir. Nəsillərinə görə Qadlılar bunlardır: Sefon soyundan Sefon nəsli; Haqqi soyundan Haqqi nəsli; Şuni soyundan Şuni nəsli; Ozni soyundan Ozni nəsli; Eri soyundan Eri nəsli: Arod soyundan Arod nəsli; Areli soyundan Areli nəsli. Qad nəsilləri bunlardır, sayları 40 500 nəfərdir. Yəhudanın iki oğlu var idi: Er və Onan. Onlar Kənan torpağında öldülər. Nəsillərinə görə Yəhudalılar bunlardır: Şela soyundan Şela nəsli; Peres soyundan Peres nəsli; Zerah soyundan Zerah nəsli. Peres övladları bunlardır: Xesron soyundan Xesron nəsli; Xamul soyundan Xamul nəsli. Yəhuda nəsilləri bunlardır, sayları 76 500 nəfərdir. Nəsillərinə görə İssakar övladları bunlardır: Tola soyundan Tola nəsli; Puva soyundan Puva nəsli; Yaşuv soyundan Yaşuv nəsli; Şimron soyundan Şimron nəsli. İssakar nəsilləri bunlardır, sayları 64 300 nəfərdir. Nəsillərinə görə Zevulunlular bunlardır: Sered soyundan Sered nəsli; Elon soyundan Elon nəsli; Yaxleel soyundan Yaxleel nəsli. Zevulun nəsilləri bunlardır, sayları 60 500 nəfərdir. Nəsillərinə görə Yusifin oğulları: Menaşşe və Efrayim. Menaşşe övladları bunlardır: Makir soyundan Makir nəsli, Makir Gileadın atası idi; Gilead soyundan Gilead nəsli; Gilead övladları bunlardır: İezer soyundan İezer nəsli; Xeleq soyundan Xeleq nəsli; Asriel soyundan Asriel nəsli; Şekem soyundan Şekem nəsli; Şemida soyundan Şemida nəsli; Xefer soyundan Xefer nəsli. Xefer oğlu Selofxadın oğlu olmadı, amma Maxla, Noa, Xoqla, Milka və Tirsa adında qızları var idi. Menaşşe nəsilləri bunlardır, sayları 52 700 nəfərdir. Nəsillərinə görə Efrayim övladları bunlardır: Şutelah soyundan Şutelah nəsli; Beker soyundan Beker nəsli; Taxan soyundan Taxan nəsli; Şutelah övladları bunlardır: Eran soyundan Eran nəsli. Efrayim övladlarının nəsilləri bunlardır, sayları 32 500 nəfərdir. Nəsillərinə görə Yusif övladları bunlardır. Nəsillərinə görə Binyaminlilər bunlardır: Bela soyundan Bela nəsli; Aşbel soyundan Aşbel nəsli; Axiram soyundan Axiram nəsli; Şufam soyundan Şufam nəsli; Xufam soyundan Xufam nəsli. Belanın oğulları Ardla Naaman nəslindən törənənlər bunlardır: Ard soyundan Ard nəsli; Naaman soyundan Naaman nəsli. Nəsillərinə görə Binyamin övladları bunlardır, sayları 45 600 nəfərdir. Nəsillərinə görə Dan övladları bunlardır: Şuxam soyundan Şuxam nəsli. Bunlar Dan nəslindən törənən nəsillərdir. Hamısı Şuxam nəslindəndir, sayları 64 400 nəfərdir. Nəsillərinə görə Aşerlilər bunlardır: İmna soyundan İmna nəsli; İşvi soyundan İşvi nəsli; Beria soyundan Beria nəsli. Beria övladları bunlardır: Xever soyundan Xever nəsli; Malkiel soyundan Malkiel nəsli. Aşerin Serah adında bir qızı var idi. Aşer övladları bunlardır, sayı 53 400 nəfərdir. Nəsillərinə görə Naftali övladları bunlardır: Yaxseel soyundan Yaxseel nəsli; Quni soyundan Quni nəsli; Yeser soyundan Yeser nəsli; Şillem soyundan Şillem nəsli. Naftali nəsilləri bunlardır, sayları 45 400 nəfərdir. Sayılan İsrail övladlarının cəmi 601 730 kişi idi. Nəsillərinə görə sayılan Levililər bunlardır: Gerşon soyundan Gerşon nəsli; Qohat soyundan Qohat nəsli; Merari soyundan Merari nəsli. Bunlar da Levi nəsilləridir: Livni nəsli, Xevron nəsli, Maxli nəsli, Muşi nəsli, Qorah nəsli. Qohat Amramın atası idi. Amramın arvadının adı Yokeved idi. O, Misirdə Levi nəslindən doğulmuşdu. Amramdan Harun, Musa və bacıları Məryəm doğuldu. Harunun Nadav, Avihu, Eleazar, İtamar adlı uşaqları oldu. Nadavla Avihu Rəbbin önündə haram od təqdim edərkən öldülər. Levililərdən sayılan bir aylıq və ondan yuxarı yaşda bütün kişi cinsindən olanlar 23 000 nəfər idi. Bunlar o biri İsrail övladları ilə birlikdə siyahıya alınmışdı. Çünki İsrail övladları arasında onlara miras verilməmişdi. İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi. Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim». Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?» Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı. İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular. Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar. Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər. Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar. Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi. «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi. Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi.
Выбор основного перевода