Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İbrahim Efronun sözünü qəbul edib Xetlilərin yanında Efronun dediyi kimi tacirlərin tərəzi daşları ilə dörd yüz şekel gümüş çəkdi. Beləcə Mamre qarşısındakı Maxpelada olan Efronun tarlası, oradakı mağara, tarlada və onun ərazisində olan bütün ağaclar Xetlilərin gözü önündə – şəhər darvazasında yığılanların qarşısında İbrahimin mülkü oldu. Bundan sonra İbrahim arvadı Saranı Kənan torpağında olan Mamre, yəni Xevron qarşısındakı Maxpela tarlasının mağarasında basdırdı. Beləcə Xetlilər tarlanı və orada olan mağaranı qəbir düzəltmək üçün İbrahimə mülk verdilər.
Выбор основного перевода