Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, Binyamin, Dan, Naftali, Qad, Aşer, Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir. Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir. Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü. İsrailin ilk oğlu Ruven, Ruvenlilər bunlardır: Xanok soyundan Xanok nəsli; Pallu soyundan Pallu nəsli; Xesron soyundan Xesron nəsli; Karmi soyundan Karmi nəsli. İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı. Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi. İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
Выбор основного перевода