Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi. Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir. Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq. Yuxu budur. İndi isə padşahın önündə onu yozaq. O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun!
Выбор основного перевода