Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, oğlanı tutub öpdü, Həyasızcasına belə dedi: «Ünsiyyət qurbanı kəsməyə borclu idim, Əhdimə bu gün əməl etmişəm. Ona görə səni görmək üçün qarşına çıxdım, Səni çox axtardım, axır ki tapdım. Yatağıma Misir kətanından toxunan Əlvan üz çəkmişəm. Yorğan-döşəyimə Mirra, əzvay, darçın səpmişəm. Gəl sübhə qədər doyunca sevişək, Eşqdən məst olaq. Ərim evdə yoxdur, Uzaq bir səfərə gedib. Pul kisəsini götürüb, Evə ay bədirlənəndə qayıdacaq». Fəndlər işlədib onu tovladı, Şirin dilə tutub yoldan çıxartdı. Kəsilməyə aparılan bir öküz kimi, Kəməndə salınan bir maral kimi Bu oğlan o qadının ardınca düşdü. Axırda ciyərinə bir ox saplanacaq. Uçub tez tora düşən quş kimi Bu oğlan da canının alınacağını bilmirdi. İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərə laqeyd olmayın. Qoyma qəlbin o qadının yollarına meyl etsin, Onun yoluna dönmə.
Выбор основного перевода