Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi. Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.
Выбор основного перевода