Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bir adam nişanlı olmayan bakirə qızı tovlayıb onunla yaxınlıq edərsə, qıza görə başlıq verib onu özünə arvad etməlidir. Əgər qızın atası onu o adama ərə verməyə qəti razı deyilsə, o adam bakirə qızların başlığına müvafiq məbləğdə pul ödəsin. o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz. Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı.
Выбор основного перевода