Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi». Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Minlərlə qoç qurbanı, Zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, Günahım üçün öz övladımı verimmi? Ey insan, Allah sənə yaxşı olanı bildirdi; Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, İtaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Выбор основного перевода