Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi? Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz. Buna görə, ey dərrakəli insanlar, məni dinləyin! Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi? Saleh adamlara söyləyin ki, Onlara yaxşılıq ediləcək, Çünki onlar xeyirxahlıqlarının bəhrəsini yeyəcək. Pis adamların vay halına! Çünki onlara pislik olunacaq, Elədikləri əməlləri qarşılarına çıxacaq. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı? Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
Выбор основного перевода