Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum. O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”. Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. Sela Ya Rəbb, xalqını əzirlər, Sənin irsindən olan adamlara zülm edirlər. Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum, Dəniz bu sərhədi keçə bilməz. Dalğaları coşsa da, Üstün gələ bilməz. Nərə çəksə də, keçə bilməz. Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrılaraq su vasitəsilə yarandı.
Выбор основного перевода