Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Авдий
1
Параллельные места
Qenliləri görəndə gələcəkdən xəbər verib belə dedi: «Məskəniniz möhkəm, Yuvanız qayada qurulub. O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir. Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam, Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”. Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər. Rəbb bəyan edir: “Mən sənə qarşıyam, Ey vadinin üstündəki Yaylada olan qayada oturan Yerusəlim!” Siz deyirsiniz: “Üstümüzə kim gələr? Məskənlərimizə kim girər?” Özünü nə qədər izzətləndirib Şəhvətpərəstlik içində yaşadısa, Ona o qədər də işgəncə və yas verin. Çünki ürəyində deyir: “Mən mələkə taxtında oturmuşam, Dul deyiləm, əsla yas tutmayacağam”.
Авдий
1
Выбор основного перевода