Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur. Ah, çoxsaylı xalqların gurultusu Dənizlərin gurultusuna bənzər! Ümmətlərin nərəsi böyük suların çağlayışına oxşar! «Ey bəşər oğlu, İsrail ağsaqqallarına söyləyib bildir ki, Xudavənd Rəbb belə deyir: “Siz Məndən soruşmağa gəldinizmi? Varlığıma and olsun ki, Mən sizin çağırışınıza cavab verməyəcəyəm” Xudavənd Rəbb belə bəyan edir. İndiyə qədər hədiyyələr gətirərək oğullarınızı oda qurban verərək özünüzü bütlərinizlə murdar edirsiniz. Hələ bununla da Məndən soruşmaq istəyirsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Varlığıma and olsun ki, Məndən soruşmağınıza icazə verməyəcəyəm. İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
Выбор основного перевода