Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Budur, Rəbb odla gəlir, Onun döyüş arabaları qasırğa tək gəlir. Şiddətli qəzəbini, məzəmmətini Alov kimi tökməyə hazırdır. Rəbb bütün bəşəri odla, Qılıncı ilə mühakimə edəcək, Çoxlarını məhv edəcək. Buna görə də Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın”. Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı. İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü.
Выбор основного перевода