Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
4. Царств
Параллельные места
O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı. Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər. Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu. Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı. Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı. Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi. Sütunlar, hovuz, ayaqlıqlar və bu şəhərdə qalan başqa əşyalar barədə Ordular Rəbbi belə deyir. “Onlar Babilə aparılacaq və Babillilərin işinə baxacağım günə qədər orada qalacaq. O zaman onları oradan çıxaracağam və bu yerə qaytaracağam” Rəbb belə bəyan edir».
Выбор основного перевода