Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi. O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. Misir haqqında, Misir padşahı firon Nekonun ordusu barədə nazil olan sözdür. Bu ordu Fərat çayı sahilində olan Karkemişdə idi. Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Babil padşahı Navuxodonosor onu məğlub etdi. Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.
Выбор основного перевода