Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Vay Aşşurun halına, O Mənim qəzəb əsam, Əlindəki dəyənəksə qeyzimdir! Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. Amma Aşşur padşahı Bundan da pis niyyətlər haqda düşünür, Bir neçə millətin kökünü kəsib məhv etməyi fikirləşir. Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur. Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm.
Выбор основного перевода