Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə düzəltdiyi danalara qurban gətirmək üçün qurbangaha qalxdı və tikdiyi səcdəgahların kahinlərini Bet-Eldə vəzifəyə qoydu. O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı. Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».
Выбор основного перевода