Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi. Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm. Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin. Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» İsraillilər evlərinə getdilər.
Выбор основного перевода