Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi. Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi. Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər. Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı. Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər. Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. Sur barəsində xəbərdarlıq: Ey Tarşiş gəmiləri, fəryad edin, Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı, Kittim torpağından onlara xəbər gəldi. Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin!
Выбор основного перевода