Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki, o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. Rəbbin izzəti Sina dağının üstündə məskən saldı. Bulud onu altı gün bürüdü. Yeddinci gün Rəbb Musanı buludun içindən çağırdı. O vaxt bulud Hüzur çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. və Rəbbin hüzurundan od çıxıb qurbangahdakı yandırma qurbanı ilə piyi yandıraraq yox etdi. Bütün xalq bunu görərək sevincdən qışqırıb üzüstə yerə düşdü. Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı. Siz öz allahınızı çağırın, mən də Rəbbi çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi. O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu. Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi.
Выбор основного перевода