Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun. Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu.
Выбор основного перевода