Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda, biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun. O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq. Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək. Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər. Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. Bütün bu ölkə xarabaya, dəhşətli bir yerə çevriləcək. Bu millətlər Babil padşahına yetmiş il qulluq edəcək”. Rəbb bəyan edir: “Yetmiş il bitəndən sonra isə günahlarına görə Babil padşahını, onun millətini və Xaldey ölkəsini cəzalandıracağam. Oranı əbədi olaraq viranəliyə çevirəcəyəm. Onun padşahlığının birinci ilində mən Daniel Yerusəlimin viranə qalacağı müddətin yetmiş il olduğu barədə Rəbbin Yeremya peyğəmbərə göndərdiyi sözü kitablardan anladım.
2. Паралипоменон
Выбор основного перевода