Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Mən onlara əmr etdiyim yoldan yaman tez döndü. Özləri üçün tökmə dana düzəldib ona səcdə qıldılar, qurban kəsdilər və dedilər: “Ey İsrail övladları, budur sizi Misir torpağından çıxaran allahlarınız!”» Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi. O nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər. Səhrada onların övladlarına dedim: ‹Atalarınızın qaydasına görə rəftar etməyin, hökmlərinə riayət etməyin və onların bütləri ilə özünüzü murdarlamayın. Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
Выбор основного перевода