Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu. Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi. Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər. Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar. Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı. Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.
Выбор основного перевода