Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Astanalarda qapıçı olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi. Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı. «Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin! Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir. Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü, İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi, Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”. O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər.
Выбор основного перевода