Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin». Dar gündə Rəbbi səslədim, O mənə cavab verdi. Dedim: «Ya Rəbb, yalançı dodaqlardan, Fitnəkar dillərdən canımı qurtar». Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim. Ey Yerusəlim, sənin darvazalarından keçdim, Torpağına qədəm qoydum. Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.
Выбор основного перевода