Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
2. Паралипоменон
Параллельные места
Xalis qızıldan bir çıraqdan düzəlt. Bu çıraqdan yastılanmış qızıldan olmalıdır. Altlığı, gövdəsi, kasacıqları, qönçələri və gülləri onunla bir hissədən olsun. Çıraqdanın yanlarından altı budaq – onun bir yanından üç budaq, o biri yanından da üç budaq çıxsın. Hər bir budağında badam çiçəyinə bənzər üç kasacıq, qönçə və gül olsun. Çıraqdanın gövdəsində isə badam çiçəyinə bənzər dörd kasacıq, qönçə və gül olsun. Çıraqdanın gövdəsindən çıxan altı budağın bir cütünün altında bir qönçə, o biri cütünün altında bir qönçə, o birinin də altında bir qönçə olsun. Qönçələr və budaqlar onunla bir hissədən ibarət olsun; hamısı eyni hissədən, yastılanmış xalis qızıldan olsun. Onun üçün yeddi çıraq düzəlt və çıraqları onun üstünə qoy ki, qabaq tərəfinə işıq salsın. Maşaları və xəkəndazları da xalis qızıldan olsun. Çıraqdan və onun bütün avadanlığı bir talant xalis qızıldan düzəldilsin. Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun. Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib». Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir. Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy. Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun. Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir. Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır». Onlara de: “Rəbbə verəcəyiniz yandırma təqdimi budur: daimi yandırma qurbanı olaraq hər gün iki birillik qüsursuz erkək toğlu. Toğlulardan birini səhər, o birini isə axşamçağı təqdim edin. Toğlu ilə birlikdə taxıl təqdimi olaraq dörddə bir hin çəkilmiş zeytun yağı ilə yoğrulmuş efanın onda biri narın un təqdim edin. Bu, daimi yandırma qurbanı, Sina dağında buyurulan, Rəbbin xoşuna gələn ətir – Onun üçün yandırma təqdimidir. Hər toğlu ilə birlikdə içmə təqdimi olaraq dörddə bir hin kefləndirici içkini Rəbbin adına müqəddəs yerdə tökün. O biri toğlunu axşamçağı təqdim edin. Səhərki kimi taxıl təqdimi və içmə təqdimi ilə birlikdə onu təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.
Выбор основного перевода