Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar. Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri». Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar. Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!
Выбор основного перевода