Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir. Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı. Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır. Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»
Выбор основного перевода